
Bu gün Tehranda ABŞ-ın səfirliyinin Təl-Əvivdən Qüdsə köçürməsinin əleyhinə kütləvi aksiya keçirilib.
Nyus.Az AZƏRTAC-a istinadən xəbər verir ki, aksiya iştirakçıları ABŞ-ın Tehrandakı keçmiş səfirliyinin qarşısına toplanaraq “Fələstinə azadlıq” şüarlarını səsləndiriblər.
Aksiya iştirakçıları, həmçinin fələstinlilərə qarşı zorakılığın tətbiq edilməsinə etirazlarını bildiriblər.

























