
Almaniyanın mərkəzində Hammersbax yaşayış massivi yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Xarici KİV-lərin yaydığı məlumata görə, hadisə nəticəsində iki nəfər ölüb.
Hadisə şahidlərinin sözlərinə görə, günorta saatlarında yanacaqdoldurma məntəqəsində yanğın partlayışla nəticələndi. Qurbanlardan birinin cəsədi avtomobildə, digərininki isə yaxınlıqda tapılıb. Partlayış nəticəsində yaxınlıqdakı restoranın binasına da ziyan dəyib.
Yanğın söndürülüb. Hadisənin başvermə səbəbi hələlik müəyyən edilməyib. Polis əməkdaşları hadisə yerində araşdırma aparır.

























