
Fransanın Lyon şəhərində Yeni il gecəsi 16 avtomobil yandırılıb.
Nyus.Az APA-ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları yanğınların qəsdən törədildiyini bildirirlər.
Şəhərin əsas küçələrindən birində eyni anda 8 avtomobilə od vurulub. Daha 8 avtomobil isə kənar məhəllələrdə yandırılıb. Bundan əlavə, bir neçə iş yerinə də tüstü dolduğu üçün yanğınsöndürənlər müdaxilə etməli olublar.
Nyus.Az

























