
Hindistanın Kartanaka ştatında koronavirusun "omikron" ştamına 2 yoluxma halı qeydə alınıb.
Nyus.Az xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə Naziliyi məlumat yayıb.
Yoluxan şəxslər 66 və 46 yaşlı kişilərdir.
Yoluxma SARS-CoV-2 genomu üzrə tədqiqatlar konsorsiumunun araşdırması nəticəsində aşkarlanıb.
Nyus.Az

























