
Bosniya və Herseqovinada əsasən "AstraZeneca" peyvəndi olmaqla daha 330,5 min doza COVID-19 əleyhinə vaksin məhv ediləcək.
Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, buna səbəb həmin vaksinlərin son istifadə müddətinin bitməsidir.
Bildirilir ki, onların çoxu digər ölkələrin Bosniya və Herseqovinaya hədiyyə etdiyi peyvəndlərdir.
Qeyd edək ki, marağın olmaması səbəbindən Bosniya və Herseqovinada indiyədək əhalinin cəmi 30 faizinə hər iki doza vaksin vurulub.
Xatırladaq ki, ötən ayın sonunda Bosniya və Herseqovinada koronavirusa qarşı 200 min dozadan çox peyvənd istifadə müddəti bitdiyi üçün məhv edilib.
Nyus.Az

























