
Somalidə baş verən partlayış nəticəsində 11 nəfər ölüb.
İnsident paytaxt Moqadişodan 70 km aralıda qeydə alınıb. Vanlaveyn şəhərində bazarda törədilən partlayışda 11 nəfərin öldüyü təsdiqlənib, 10-dan çox insan ağır vəziyyətdə xəstəxanalara yerləşdirilib. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Qeyd edək ki, “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

























