
ABŞ Prezidenti Cozef Bayden Qlazqoda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 26-cı Konfransı (COP-26) çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyinə ümid edir.
Nyus.Az Trend-ə istinadən bildirir ki, bunu brifinq zamanı C.Baydenin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
C.Sallivan ABŞ Prezidentinin T.Ərdoğanla görüşmək niyyətində olub-olmadığı barədə suala cavabında bildirib: "Onun Qlazqoda Türkiyə Prezidenti ilə görüşəcəyini düşünürəm. Heç bir təsdiqim yoxdur, amma hesab edirəm ki, ABŞ prezidenti buna ümid edir".
Nyus.Az

























