
ABŞ-ın Texas ştatının Arlinqton şəhərində məktəbdə atışma törədən şəxs saxlanılıb. Xarici KİV_-lərin yaydığı məlumata görə, polis 18 yaşlı Timoti Simpkinsi saxlayıb. KİV-lər yazır ki, o hazırda Arlinqtonda həbsdədir, hazırda detektiv onu danışdırır. Atışma zamanı xəsarət alan yaralılardan biri cərrahi əməliyyat edilib, gənc özünü yaxşı hiss edir. Qeyd olunur ki, atışma nəticəsində 4 nəfər yaralanıb. Hadisənin təfərrüatları araşdırılır.
***
20:50
ABŞ-ın Texas ştatının Arlinqton şəhərində məktəbdə atışma baş verib. Bu barədə TASS agentliyi xəbər verir. Qeyd olunur ki, atışma nəticəsində 3 nəfər yaralanıb. Hadisə yerində polis əməkdaşları, eləcə də bir neçə təcili yardım maşını var. Başqa detallar hələlik açıqlanmır.
Nyus.Az

























