
"Mixail Saakaşvili Putinin əsiridir və hər an ölə bilər". Bu sözləri Saakaşvilinin köməkçisi Georgi Baramidze "360 dərəcə" proqramına verdiyi müsahibədə deyib. Onun sözlərinə görə, eks-prezident bu addımının nə ilə nəticələnəcəyini bilirdi, lakin yenə də Gürcüstan xalqına verdiyi vədi yerinə yetirdi, hakim partiya üzərində qələbə naminə özünü qurban verdi.
"İndi o Putinin əlindədir, Putinin əsiridir və, Putin onun ölməyini istəsə, hər an ölə bilər", - siyasətçi deyib. (virtualaz.org)
Nyus.Az

























