
Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 228 nəfər həyatını itirib. Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 355 min 564 nəfərdən test götürülüb, onların 29 min 802-nin testi pozitiv çıxıb. Aktiv xəstələrdən 32 min 269 nəfəri sağalıb.
Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 87,34%-nə bir doza, 73,23%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.
Nyus.Az

























