
ABŞ Prezidenti Cozef Bayden 2001-cilin sentyabr ayının 11-də baş verən terror aktlarından sonra ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddətini uzadıb. Bu barədə TASS agentliyi Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir. Məlumata əsasən, fövqəladə vəziyyət rejimi 1 il müddətinə uzadılıb.
C.Baydenin ABŞ Konqresinə göndərdiyi məktubda bildirib ki, fövqəladə vəziyyət rejiminin uzadılmasına səbəb terror təhlükəsinin davam etməsidir.

























