
Rusiyalı hərbçi Suriyada həlak olub. Bu barədə RİA-Novosti agentliyi Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir. Hadisə Suriyanın Homs vilayətində baş verib.
"Rusiya hərbi polisi humanitar konvoyun marşrutunu kəşf edərkən, yolun kənarına quraşdırılmış partlayıcı qurğu işə salınıb", - Rusiya Müdafiə Nazirliyindən bildiriblər.
Partlayış nəticəsində zirehli avtomobildə olan hərbçi ağır yaralanıb. Ona vaxtında tibbi yardım göstərilməsinə baxmayaraq, hərbçinin həyatını xilas etmək mümkün olmayıb.
virtualaz.org

























