
ABŞ-ın İran üzrə xüsusi elçisi Robert Melli 7-10 sentyabr tarixində Rusiya və Fransaya səfər edəcək.
Nyus.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında deyilir.
Məlumata əsasən, R.Melli sözügedən ölkələrdə Vaşinqton və Tehranın İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına riayət etmələri ilə bağlı məsələləri müzakirə edəcək.
Nyus.Az

























