
ABŞ Əfqanıstanın paytaxtındakı beynəlxalq hava limanına gələcəkdə nəzarəti məsələsini müttəfiqləri ilə və Talibanla müzakirə edir.
Nyus.Az Trend-ə istinadən bildirir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays brifinq zamanı deyib.
Vaşinqtonun təxliyyəsi başa çatdıqdan sonra Kabildəkı hava limanının silahlılara məxsus olacağı barədə tərəfdaşları ilə müzakirə edib-etmədiyi ilə bağlı sualına cavab olaraq bildirib: "Şəxsi söhbətlərin detallarına girə bilmərəm, amma deyə bilərəm ki, bu, "Taliban"la müzakirə mövzusu olub. Bu, müttəfiqlərimizlə müzakirə mövzusu, bir çox tərəfdaşlarımızla müzakirə mövzusu olub".
Nyus.Az

























