
Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 232 nəfər vəfat edib.
Nyus.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 282 528 nəfər test edilib, 18 857 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 15 833 nəfər sağalıb.
Nyus.Az

























