
ABŞ Prezidenti Co Bayden Əfqanıstandan qoşunların çıxarılması qərarından peşman olmadığını və yerli təhlükəsizlik qüvvələrinin indi öz ölkələri üçün mübarizə aparmalı olduqlarını söyləyib. Bu barədə TASS yazır.
"Onlar (Əfqanıstan təhlükəsizlik qüvvələri) özləri üçün, ölkələri üçün mübarizə aparmalıdırlar. ABŞ hava dəstəyi verərək öhdəliklərini yerinə yetirməyə davam edəcək", - Bayden, Ağ Evdə jurnalistlərin suallarını cavablandıraraq söyləyib. "Öhdəliklərimizi yerinə yetirməyə davam edəcəyik, ancaq Əfqanıstandan qoşunları çıxarmaq qərarımdan peşman deyiləm", - ABŞ prezidenti vurğulayıb.
Nyus.Az

























