• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
4-08-2021, 09:56

Müharibə qızışdı, naməlum silahlılar tankeri ələ keçirdi

Müharibə qızışdı, naməlum silahlılar tankeri ələ keçirdi


Bu gün avqustun 4-nə keçən gecə naməlum silahlılar Birləşmiş Ərəb Əmirlikləri sahillərində neft tankerinə basqın edərək onu ələ keçiriblər.

Nyus.Az virtualaz.org-a istinadən xəbər verir ki, hazırda tanker İran istiqamətində üzür.

Xəbərlərə görə, Panama bayrağı altında üzən və Dubayda mənzillənmiş "Prime Tankers LLC" şirkətinə məxsus olan "Asphalt Princess" tankerinə hücum Fuceyra limanından 97 kilometr məsafədə həyata keçirilib. "Sky News" Böyük Britaniyanın xüsusi xidmət orqanlarından birinə istinadən bildirir ki, tankerin göyərtəsinə 8, yaxud 9 silahlı şəxs qalxıb. Onlar tankerin naviqasiya sistemini söndürüblər və onu naməlum istiqamətə aparıblar. Daha sonra tankerin Hörmüz boğazına istiqamət aldığı məlum olub.

Gəminin ələ keçirilməsi haqda informasiyalardan dərhal sonra Böyük Britaniya XİN bəyan edib ki, insidentin araşdırılmasına britaniyalı xüsusi təyinatlılar cəlb olunub. Böyük Britaniya baş verənlərdə İranın əlinin ola biləcəyini təxmin edir. "The Times" qəzetinin yazdığına görə Böyük Britaniya xüsusi xidmət orqanlarında gəminin İranın İnqilab Keşikçiləri Korpusunun döyüşçüləri, yaxud İran tərəfindən dəstəklənən silahlı qrup tərəfindən ələ keçirildiyini ehtimal edirlər.

İranın özündə isə bu şübhələrə sərt reaksiya veriblər. İnqilab Keşikçiləri Korpusu gəminin qaçırılmasında əli olduğunu qəti inkar edib.

"Lloyd's List" adlı Britaniya jurnalı isə az əvvəl tankerin İrana tərəf üzdüyünü xəbər verib. Bunu gəmilərin izlənilməsi ilə məşğul olan "Marine Traffic" portalı da təsdiq edir.

Maraqlıdır ki, gəminin qaçırılması ilə eyni vaxtda Birləşmiş Ərəb Əmirliklərinin sahillərində ən azı dörd neft tankerinin heyəti gəmilərin idarəetməsinin naməlum şəraitdə itirildiyi haqda xəbərdarlıq veriblər. Söhbət Qayana bayrağı altında üzən "Quenn Ematha", Sinqapur bayrağı altında üzən "Golden Brilliant", Hindistan bayrağı altında üzən "Jag Pooja" və Vyetnam bayrağı altında üzən "Abyss" neft tankerlərindən gedir. Bu gəmilərin mühərrikləri sönüb və peyk trakerləri sıradan çıxıb.

Xatırladaq ki, bundan əvvəl İsrailin "Zodiac Maritime" şirkəti tərəfindən istismar olunan "Mercer Street" neft tankerinə Oman sahillərində bir və ya bir neçə kamikadze-dronla hücum həyata keçirilmişdi. Nəticədə gəmidə yanğın baş verib, iki heyət üzvü həlak olub. İsrail gəmiyə hücumun İran tərəfindən həyata keçirildiyini bildirib, daha sonra bu versiyanı ABŞ və digər qərb ölkələri dəstəkləyiblər və İrana qarşı "kollektiv cavab tədbirlərinin görüləcəyini" bəyan ediblər.

Qeyd edək ki, daha əvvəl İsrail kəşfiyyatının beynəlxalq sularda İran neftini daşıyan tankerlərə seriya hücumlar həyata keçirdiyi, nəticədə bu tankerlərin mənzil başına çata bilmədiyi və başqa limanlara yan aldığı, İranın milyardlarla dollar ziyana düşdüyü məlum idi.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az