
ABŞ Prezidenti Cozef Bayden iyulun 26-sı İraqın baş naziri Mustafa əl-Kazımi ilə görüşəcək.
Nyus.Az Trend-ə istinadən bildirir ki, görüş ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçiriləcək.
Bildirilir ki, görüşün keçiriləcəyi barədə məlumatı Vaşinqton administrasiyasının nümayəndəsi təsdiq edib. Lakin Ağ Evin məbuat xidməti bu barədə açıqlama verməyib.
Nyus.Az

























