
Belarus Prezidenti Aleksandr Lukaşenko Sankt-Peterburq şəhərinə Rusiya lideri Vladimir Putinlə növbəti görüşə gedib. Danışıqlar zamanı tərəflər müxtəlif sahələrdə əməkdaşlığın inkişafı və beynəlxalq məsələləri müzakirə edəcəklər. Onlar bu görüşün keçirilməsi ilə bağl razılığa iyulun 1-i telefon danışığı zamanı gəlb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün keçiriləcəyi haqda məlumamtı təsdiqləyib.
Qeyd edık ki, Putinlə Lukaşenkonun sonuncu görüşü may ayının sonunda Soçidə baş tutub. Beş saat davam edən danışıqlar zamanı tərəflər iki ölkə arasında iqtisadi-ticarətin inkişafı və pandemiya ilə mübarizəni müzakirə ediblər. //virtualaz.org//
Nyus.Az

























