
Belarusda deputatın evinə "Molotov kokteyl"i atılıb. Belə ki, Belarus parlamentinin aşağı palatasının beynəlxalq məsələlər komissiyası sədrinin müavini Oleq Qaydukeviç RİA Novostiyə bildirib ki, gecə naməlum şəxs evini yandırmaq istəyib. Amma heç kim zərər görməyib.
"Gecə evimə üç "Molotov kokteyl"i atıldı. Biri evə, ikisi isə evin yaxınlığındakı dayanacağa düşdü. Dayanacağa düşən butulkalardan biri qırıldığından alovlanıb. Xoşbəxtlikdən heç kim zərər görməyib".
Qaydukeviç özünün və ailəsinin həmin vaxt evdə olmadığını, ancaq maşınlarının dayanacaqda durduğunu söyləyib. Bu səbəbdən də qatillər deputat və ailəsinin evdə olduğunu düşünüblər.//virtualaz.org//
Nyus.Az

























