
ABŞ-ın Florida ştatında – Mayami şəhərinin Sörfsayd bölgəsində 13 mərtəbəli binanın çökməsi nəticəsində cəsədi tapılanların sayı 90-a yüksəlib. 31 nəfərdən hələlik məlumat yoxdur. Meyiti tapılan 90 nəfərdən 71-nin kimliyi müəyyənləşdirilib.
Bildirilib ki, çökmədən 14 gün keçdiyi üçün dağıntılar altından sağ insan çıxarılması ehtimalı yoxdur, axtarışlar meyitləri tapmaq və dağıntıları aradan qaldırmaq məqsədi daşıyır.
Nyus.Az

























