
BMT Təhlükəsizlik Şurasında Suriyada kimyəvi silahlardan istifadə hallarını araşdırmaq üçün yeni mexanizmin yaradılmasına dair ABŞ-ın hazırladığı qətnamə bu gün səsverməyə çıxarıla bilər.
APA-nın məlumatına görə, bu barədə RİA Novosti agentliyi diplomatik mənbələrə istinadən xəbər verib
Aprelin 9-da BMT Təhlükəsizlik Şurasında Duma şəhərində kimyəvi silahla hücum və “Tifor” bazasına endirilən zərbələrlə bağlı iclas keçirilib. Müzakirələrdən sonra BMT Təhlükəsizlik Şurasının üzvləri ekspertlərin iştirakı ilə bağlı qapılar arxasında məsləhətləşmələr aparıblar.
Nyus.Az

























