
Türkiyədə son sutka ərzində 87 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, son 24 saatda 6454 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 306 min 360, pandemiya qurbanlarının sayı isə 48 min 428 nəfərə çatıb.
Türkiyədə indiyədək 5 milyon 179 min 833 pasiyent (son sutkada 6647 nəfər) sağalaraq evə buraxılıb.
Nyus.Az

























