
Burkina Fasonun şimal-şərqindəki Solhan kəndinə silahlı qruplaşma tərəfindən hücum edilib.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, hücum zamanı 138 nəfər öldürülüb, 40 nəfər yaralanıb.
Ölənlər arasında ən azı 7 uşağın olduğu bildirilir.
Burkina Faso hökuməti üç günlük milli matəm elan edib.
Hücuma görə, məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. Bununla belə, yerli KİV hücumda "Əl Qaidə" və İŞİD terrorçularını ittiham edir. Təhlükə ilə əlaqədar Burkina Fasonun 1,1 milyondan çox sakini evlərini tərk etməyə məcbur olub.
Nyus.Az

























