• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
12-05-2021, 10:12

Daha bir hərbi çevriliş hədəsi: onların məqsədi nədir?

Daha bir hərbi çevriliş hədəsi: onların məqsədi nədir?


Fransa ordusu bu günlərdə hökumətə ölkədə radikal islamçıların yaratdığı təhdid barədə daha bir xəbərdarlıq edib. Xəbər verildiyi kimi bu dəfə xəbərdarlıq hazırda xidmətdə olan hərbçilərin adından yayılıb, amma anonim şəkildə. Ordunun hər hansı formada siyasətə qarışmasının konstitusiya ilə qadağan edildiyi Fransada bu məktublar ciddi narahatlıq və rezonans doğurub.

Fransa hərbçilərinin son bir ayda dərc etdikləri hakimiyyətə ünvanlanan ikinci açıq məktubunda deyilir ki, ölkədə radikal islamçılarla vətəndaş müharibəsi közərir. Anonim məktub bazar günü axşam ultra-mühafizəkar Valeurs Actuelles jurnalının saytında dərc olunub. Məktubun müəllifləri müxtəlif rütbəli və müxtəlif qoşun növlərində həqiqi xidmətdə olduqlarını yazır. Saytın sayğacına əsasən, bazar ertəsi günortaya kimi təxminən 150 min nəfər sayta abunə yazılıb.

Məktubda, o cümlədən, deyilir ki, Fransada bir sıra rayon və dini icma yaranıb və onların üzvləri üçün bu ölkə "sadəcə, sarkazm, nifrət, kin obyektidir".

"Fransada vətəndaş müharibəsi közərir və siz bunu yaxşı bilirsiniz [...] Hərəkətə gəlin, xanımlar və cənablar [...] İndi söhbət sizin vəzifənizdə qalmaq və ya yenidən seçiləcəyinizdən getmir, indi söhbət ölkəmizin - sizin ölkənizin - sağ qalıb yaşamasından gedir", - məktub müəllifləri bəyan edir.

Müəlliflər təkid edirlər ki, onların arasında Əfqanıstanda, Malidə və Mərkəzi Afrika Respublikasında xidmət edən və Fransanın daxilində terrorçuluğa qarşı əməliyyatlarda iştirak edənlər də var.

Fransa xarici işlər naziri Gerald Darmanin məktubu yazanlari qətiyyətlə pisləyib. "Mən hesab edirəm ki, əgər sən orduda xidmət edirsənsə, gərək belə şeylər etməyəsən. Bu insanlar anonim çıxış edib. Bu igidlikdir, nədir?" - nazir BFM telekanalına deyib.

Qeyd edək ki, aprel ayında hərbi mövzulara həsr olunmuş saytda, daha sonra isə həmin Valeurs Actuelles jurnalında mahiyyətcə eyni olan belə bir məktub dərc olunmuşdu. İkinci məktubu yazanlar birinci məktubun müəlliflərinin haqlı olduğunu qeyd edib.

İlk məktubu bir neçə fəaliyyətdə olan zabit və 20-yə yaxın ehtiyatda olan general imzalamışdı və həm mülki hakimiyyət, həm hərbi rəhbərlik siyasətə qarışmaq cəhdinə görə onları cəzalandırmaqla hədələmişdi.

Həmin məktubun müəllifləri dolayısı ilə, həmçinin, onların bildirdiyi kimi, "ölkəyə, onun ənənələrinə, mədəniyyətinə nifrət edən və onun keçmişi və gələcəyini qopararaq dağıtmaq istəyənlərin" dəstəklədiyi irqçilik və müstəmləkəçilik irsinə qarşı mübarizə əleyhinə çıxış ediblər. Məktub müəlliflərinin fikrincə, bütün bunlar Fransada konstitusiya deyil, ehkamçılığın hökm sürdüyü ərazilərin peyda olmasına aparır.

"Ölkəmizi idarə edənlər mütləq bu təhlükəni aradan qaldırmaq üçün özlərində cəsarət tapmalıdırlar. Bunun üçün çox vaxt sadəcə mövcud olan qanunların istifadə olunması kifayətdir. Daha uzatmaq olmaz, əks təqdirdə sabah bu hərc-mərcliyə vətəndaş müharibəsi son qoyacaq və məsuliyyəti sizin boynunuza düşən qurbanların sayı minlərlə hesablanacaq", - fransalı hərbçilər xəbərdar edir.

Baş nazir Jean Castex bu məktubu Fransa Respublikasının ''özülünə qəsd'' adlandırıb, silahlı qüvvələr naziri Florence Parly deyib ki, müəlliflər siyasət və din mövzularında hərbçilərin çıxış etməsini qadağan edən qanunu pozduqlarına görə cəzalandırılacaqlar. Qərargah rəisi general François Lecointre dəqiqləşdirib ki, cəza tədbirləri müxtəlif ola bilər - inzibati töhmətdən istefayadək.

2022-ci ildə Fransada keçiriləcək prezident seçkilərində Emmanuel Macron çox güman ki, yenidən sağçıların lideri Marine Le Pen-ə qarşı mübarizə aparacaq. Fransa şərhçilərinin müşahidələrinə görə, son vaxtlar Macron hökuməti də islam və mədəniyyət müxtəlifliyi məsələlərində bir qədər "sağa meyllənib".

Ötən ilin dekabrında Fransa hökuməti dünyəvi dövlət dəyərlərinin müdafiəsi haqqında qanun layihəsini təsdiq edib. Layihəyə əsasən, internetdə düşmənçiliyin qızışdırılması ilə mübarizənin daha da sərtləşdirilməsi, islam dininə aid ''qədim radikal əlyazmaların'' tədris edildiyi gizli və yarımgizli məktəbləri işlətməkdə və çoxarvadlılıqda təqsirləndirilənlərə ölkədə yaşamaq icazəsi sənədini verməmək təklif olunur.

Bundan başqa, hökumət respublika dəyərlərini tanımaq istəməyən İslam təşkilatları üçün dövlət yardımının təqdim edilməsi qaydalarının sərtləşdirilməsini, eləcə də dinlə bağlı geyimlərə qadağaların genişləndirilməsini təklif edir: hazırda geyim qadağası dövlət qulluqçularına aiddir, lakin nəqliyyat, üzgüçülük hovuzları və bazar işçilərinə şamil edilməsi də təklif olunur.

Sosioloqların hesablamalarına görə, müsəlmanlar Fransanın təxminən 5 faizini təşkil edir. Buna dair rəsmi statistika yoxdur, bu qəbildən məlumatın toplanması Fransa qanunları ilə birbaşa qadağan olunur.

Xatırladaq ki, Fransada İŞİD və digər radikal islamçı qruplaşmalar tərəfindən dəfələrlə qanlı terror hücumları törədilib. Fransa şəhərlərində həqiqətən radikal islamçıların faktiki nəzarətində olan məhəllələr, rayonlar meydana çıxıb. Lakin bütün bunlara baxmayaraq Fransa başda olmaqla bir sıra Avropa ölkələrində islamafobiya meylləri də güclənməkdədir və indi Fransa hərbçilərinin hökuməti “radikal islamçılara qarşı daha qətiyyətli mübarizəyə” səsləyən bəyanatlarını həm də bu meyllərlə əlaqələndirmək olar.

Virtualaz.org

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az