
ABŞ Hərbi Dəniz Qüvvələrinin patrul gəmisi Fars körfəzində onlara yaxınlaşan və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid olduğu bildirilən üç gəmiyə bir neçə xəbərdarlıq atəşi açıb.
Virtualaz.org TASS-a istinadən bildirir ki, İran gəmiləri bundan sonra təhlükəsiz məsafəyə çəkiliblər.
“Amerika ekipajı radio və səsgücləndiricilər vasitəsi ilə çox sayda xəbərdarlıq göndərib, lakin SEPAH-ın gəmiləri yaxın məsafədən manevr etməyə davam ediblər. “Firebolt” qayığının heyəti daha sonra xəbərdarlıq atəşi açıb və İran gəmiləri Amerika gəmilərindən təhlükəsiz məsafəyə geri çəkiliblər”, - deyə məlumatda vurğulanıb.
Nyus.Az

























