
Türkiyədə son sutka ərzində koronavirus (COVID-19) infeksiyasından daha 346 nəfər dünyasını dəyişib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda həm də 43 min 301 yeni yoluxma faktı qeydə alınıb. Beləliklə, virusa yoluxanların sayı 4 milyon 710 min 582, pandemiya qurbanlarının sayı isə 39 min 57 nəfərə çatıb.
Türkiyədə indiyədək 4 milyon 167 min 263 pasiyent sağalaraq evə buraxılıb.
Nyus.Az

























