
İsrail ordusu Livan istiqamətindən ölkə ərazisinə daxil olan pilotsuz uçuş aparatını məhv edib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Bildirilib ki, PUA “mavi xətt”in şərq hissəsində zərərsizləşdirilib: "Bir müddət əvvəl İsrail hərbi qulluqçuları "mavi xətt"in şərq hissəsində Livandan İsrailin hava məkanına daxil olan pilotsuz uçuş aparatını vurublar".
Nyus.Az

























