
ABŞ Prezidenti Co Bayden Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüş üçün ilkin şərtləri irəli sürüb-sürməyəcəyi barədə suala cavab verməkdən imtina edib.
Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, Bayden deyib: "Mən bunu başqa gün müzakirə edəcəyəm".
Qeyd edək ki, daha əvvəl ABŞ tərəfinin təşəbbüsü ilə Co Baydenlə Vladimir Putin arasında telefon danışığı olub. Kreml iyunun 15-16-da Putinlə Baydenin görüşəcəyi barədə məlumatı təsdiqləməyib. Bununla yanaşı qeyd edilir ki, ölkə liderləri yayda görüşə bilərlər, lakin dəqiq tarix hələlik müəyyən edilməyib.
Nyus.Az

























