
Türkiyədə epidemioloji vəziyyətin pisləşməsi səbəbilə aprelin 29-dan mayın 17-dək "tam qapanma!" rejimi tətbiq ediləcək.
Nyus.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunları üzrə telemüraciətində deyib.
Ərdoğan bildirib: "Biz aprelin 29-u saat 19:00-dan mayın 17-si saat 05:00-dək "tam qapanma" rejiminə keçirik".
Nyus.Az

























