
Türkiyənin 8-ci Prezidenti Turqut Özalın vəfatının 28-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, mərasimə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılıb.
T.Özal haqqında danışan Ərdoğan qeyd edib ki, o, böyük Türkiyə hədəfi istiqamətində bir çox yeniliyə imza atıb: “Turqut Özal demokratikləşmə və inkişaf prosesinə başçılıq edərək müstəsna şəxsiyyət kimi millətimizin sevgisini qazanıb”, - R.T.Ərdoğan bildirib.

























