
Dünyada koronavirusa yoluxanların sayı son sutkada 805 mindən çox artıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Məlumata əsasən, ötən 24 saat ərzində 805 min 444 nəfər koronavirusa yoluxub, 13 min 36 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 137 milyon 866 min 311, ölənlər isə 2 milyon 965 min 707 nəfərə çatıb.
Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 31 029 700 nəfər.
Qeyd edək ki, ÜST-nin hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.(Virtualaz.org )
Nyus.Az

























