
Böyük Britaniyada altı nəfərdə yeni növ koronavirus infeksiyasının Braziliyada yayılan ştammı aşkar edilib.
Bu barədə RİA Novosti xəbər yayıb.
Qeyd olunub ki, yoluxanların ikisi ölkəyə Braziliyadan təyyarə ilə gəlib. Üçüncü yoluxmuş şəxsin səyahətçilərlə əlaqəsi olmayıb, onun necə yoluxduğu araşdırılır.
Şotlandiyada da üç yoluxma hadisəsi qeydə alınıb.
“Report” xatırladır ki, Braziliyada koronavirusun yeni mutasiyası ötən ilin dekabr ayında aşkarlanıb və iki növü mövcuddur.
Nyus.Az

























