
İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 5 647 nəfər yoluxub.
Nyus.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 729 373 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 670 010 nəfəri sağalıb, 5 406 nəfəri isə vəfat edib.
Nyus.Az

























