
Türkiyədə son sutka ərzində 140 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin sözlərinə görə, 5277 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 25 073, virusa yoluxanlar isə 2 429 605 nəfərə çatıb.
Türkiyədə indiyədək 2 307 721 pasiyent (son sutkada 5860 nəfər) sağalaraq evə buraxılıb.
Nyus.Az

























