
Nigeriyanın mərkəzində avtobus ilə yük maşınının toqquşması nəticəsində ən azı 14 nəfər öldü.
Nyus.Az Trend-ə istinadən bildirir ki, yerli hakimiyyət nümayəndəsinin sözlərinə görə, qəza Koqi ştatında Lokoca-Obacan magistral yolunda baş verib.
Bir neçə nəfər yaralanıb, onların sayı dəqiqləşdirilməyib. Polis hadisənin səbəbi ilə bağlı araşdırma aparır.
Nyus.Az

























