
Vaşinqton şəhərinin hakimiyyəti şəhərin mərkəzində etiraz və iğtişaşlar fonunda komendant saatı tətbiq edib.
Nyus.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ paytaxtın meri Müriel Bauzer bildirib.
M.Bauzer qeyd edib ki, komendant saatı Kolumbiya dairəsində yanvarın 6-sı saat 18:00-dan yanvarın 7-si saat 06:00-dək tətbiq olunacaq.
Paytaxt meri əlavə edib ki, küçələrdə yalnız xüsusi icazə alanlar və fövqəladə hallar işçilərinə olmağa icazə verilir.
Nyus.Az

























