
Almaniyanın federal və regional hökumətləri koronavirusla əlaqədar tətbiq edilən sərt məhdudlaşdırıcı tədbirlər rejiminin 31 yanvar tarixinə qədər uzadılması barədə qərar qəbul edib.
Nyus.Az bildirir ki, bunu Almaniyanın Federal kansleri Angela Merkel bəyan edib.
A.Merkel COVID-19 yoluxma dinamikasının hələ də yüksək olduğunu vurğulayıb.
Kansler onu da əlavə edib ki, hazırda Almaniyada xəstəxanalar yüklənmə rejimində fəaliyyət göstərirlər.
Xatırladaq ki, dekabrın 16 - da Almaniya hakimiyyəti koronavirus pandemiyasına görə ölkənin tarixində ən sərt karantin tətbiq edib. Ölkə prezidenti Frank-Valter Ştaynmayer almanları Milad bayramı zamanı qohumları ilə şəxsən görüşməməyə çağırıb. O hesab edir ki, hədiyyələri sonra çatdırmaq və birlikdə vaxt keçirməyi başqa vaxta keçirmək də olar, indi epidemiyanın öhdəsindən gəlmək lazımdır.
Onu da qeyd edək ki, Almaniyada ticarət mərkəzləri, kafe və restoranlar, teatr və muzeylər, gözəllik salonları bağlıdır. Tədris isə distant formada təşkil olunub.
Nyus.Az

























