
Türkiyədə son sutka ərzində koronavirus (COVID-19) infeksiyasından daha 194 nəfər dünyasını dəyişib.
Nyus.Az bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda həm də 14 494 yeni yoluxma halı qeydə alınıb. Beləliklə, ölkədə pandemiya qurbanlarının sayı 21 879, virusa yoluxanlaın sayır isə 2 270 101 nəfərə çatıb.
Türkiyədə indiyədək 2 155 338 pasiyent sağalaraq evə buraxılıb.
Nyus.Az

























