
"Novavax" şirkətinin istehsal etdiyi koronavirusa qarşı vaksinin sınaqlarının son mərhələsi başlayıb.
Nyus.Az Trend-ə istinadən bildirir ki, bunu şirkətin icraçı direktoru Stenli Erik deyib.
S.Erik bildirib: "Dünyada pandemiyanın olduğu zamanda, bu sınaq dünya əhalisini qorumaq üçün qlobal təhlükəsiz və effektiv vaksinlər portfelinin yaradılması yolunda kritik bir addımdır".
Qeyd edək ki, "Novavax" şirkətinin vaksini soyuducuda 2-8 dərəcə temperaturda saxlanıla bildiyinə görə, bu onu ABŞ-da istehsal edilən digər vaksinlərdən üstün edir.
Nyus.Az

























