
Yaponiyanın Tiba prefekturasında quş qripi aşkarlanıb.
Nyus.Az Trend-ə istinadən bildirir ki, quş qripinin mənbəyi prefekturanın İsumi şəhərində qeydə alınıb. Tiba cari il quş qripinin aşkarlandığı 13-cü prefektura olub.
Qeyd edək ki, quş qripi Yaponiyada noyabr ayından aşkarlanmağa başlayıb. Quş qripi ilə əlaqədar artıq 2,7 milyondan artıq toyuq məhv edilib.
Nyus.Az

























