
ABŞ-ın yeni seçilmiş prezidenti, demokrat Cozef Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsinə namizədini dekabrın 25-dən sonra açıqlayacaq.
Nyus.Az Trend-ə istinadən bildirir ki, C.Bayden bu vəzifəyə Devid Koen, Tom Donilon, Lisa Monako və Darrel Blokeri təklif edə bilər.
Bildirilir ki, C.Bayden öz administrasiyasında bir çox vəzifəyə, o cümlədən ədliyyə naziri, əmək naziri və ticarət naziri vəzifələrinə namizədlərini açıqlamayıb.
Nyus.Az

























