
ABŞ-da 1 milyondan artıq insan yeni növ koronavirusa (COVİD-19) qarşı vaksinasiya olunub.
Nyus.Az Trend-ə istinadən bildirir ki, koronavirusa qarşı vaksinasiyada "Pfizer" və "BioNTech" şirkətlərinin birgə istehsal etdiyi və "Moderna" şirkətinin istehsal etdiyi vaksinlərdən istifadə olunub.
Məlumata əsasən, ABŞ-a 9,4 milyondan artıq vaksin gətirilib, 1 008 025 nəfər vaksinasiya olunub.
Qeyd edək ki, ABŞ-da hazırkı dövrədək 18,26 milyon koronavirusa yoluxma halı qeydə alınıb, 323 510 nəfər koronavirusdan ölüb.
Nyus.Az

























