Fransada fəaliyyət göstərən 4 su samuru fermasından birində Ör-və-Luar (Eure-et-Loir) fermasında Sars-CoV-2 virusu yayılıb. Digər fermalarda da analizlər aparılır.
Su samuru insanı yenidən yoluxdura və hazırlanan peyvəndləri təsirsiz edə bilər.
Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, Fransanın Kənd Təsərrüfatı Nazirliyi həmin fermada 1000 su samurunun məhv edildiyini bildirib.
Su samurunun COVID-19 infeksiyasına yoluxması Danimarka, Niderland və İsveçdə daha çox müşahidə olunub. Fransada noyabrın ortalarından aparılan analizlərin nəticəsində Ör-və -Luar fermasında virusun dolaşdığı aşkarlanıb.
Heyvanlar arasında su samurunun insanları yenidən yoluxdurmaq təhlükəsi və bu heyvanlardan insana ötürülən virusun yenidən mutasiya etməsi və inkişaf mərhələsində olan peyvəndin təsirsiz hala gətirəcəyi təhlükəsinə görə aidiyyəti fermadakı heyvanlar məhv edilib.
Nyus.Az