
Noyabrın 8-də səhər İsrailin Baş naziri Benyamin Netanyahu Co Baydeni ABŞ-da keçirilmiş prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Bu barədə NEWSru.co.il. nəşri məlumat yayıb.
İsrailin Baş naziri “Twitter” səhifəsində yazıb: "Co Baydeni və Kamala Harrini təbrik edirəm. Co, 40 ilə yaxındır ki, uzun və isti şəxsi münasibətimiz var və sizi İsrailin yaxşı dostu kimi tanıyıram. Amerika Birləşmiş Ştatları ilə İsrail arasındakı ittifaqı daha da gücləndirmək üçün hər ikinizlə işləməyi səbirsizliklə gözləyirəm".
Netanyahu ABŞ-ın hazırkı prezidenti Donald Trampa isə təşəkkürünü bildirib: "İsrail dövlətinə və şəxsən mənə göstərdiyiniz dostluğa görə, Qüdsün və Holan yüksəkliklərinin tanınmasına görə, İrana qarşı durduğuna görə, tarixi sülh razılaşmalarına görə və Amerika-İsrail İttifaqının misilsiz yüksəkliklərə çatmasına görə təşəkkür edirəm".(Virtualaz.org)
Nyus.Az

























