
Türkiyənin İzmir vilayətində baş verən zəlzələ nəticəsində dağılan binalarla bağlı saxlanılan, aralarında inşaat firmalarının cavabdeh şəxslərinin də olduğu 9 nəfərdən 7-si həbs edilib.
Hadisə nəticəsində 5 bina tamamilə dağılıb. Bölgədə ciddi zədələnən və sökülməli olan binaların sayı 231-i keçib. Bu tikililərdən 1834-ü az, 251-i isə orta zədəlidir. Ərazidə indiyə qədər 12 binanın sökülməsi işləri tamamlanıb.
Xatırladaq ki, oktyabrın 30-da baş verən 6,6 bal gücündə zəlzələ nəticəsində 114 nəfər həlak olub, (Virtualaz.org)
Nyus.Az

























