
ÜST dünyada sutkada 479 mindən çox koronavirus yoluxma faktını qeydə alıb.
Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 44 milyon nəfəri ötüb.
Nyus.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 44 351 506 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 1 171 255 nəfəri vəfat edib.
Nyus.Az

























