
Amerikada Demokratlar partiyasından prezidentliyə namizəd Co Bayden oktyabrın 25-də "Səs verəcəm" onlayn verilişində çıxışı zamanı hazırkı Prezident Donald Trampı keçmiş Prezident Corc Buşla səhv salıb.
Nyus.Az qafqazinfo-ya istinadən bildirir ki, "Corcun rəhbərliyi altında daha 4 il... Tramp yenidən seçilsə, başqa bir dünyaya düşəcəyik",- deyə Bayden çıxışında bildirib.
Bundan əlavə, o, Tramp ilə birlikdə yarışdığı 2020-ci il seçkilərini "uzun zamandan sonra ən mənalı seçkilər" olaraq dəyərləndirib.
Xatırladaq ki, Corc Uoker Buş ABŞ-ın 43-cü Prezidenti olub.
Nyus.Az

























