Türkiyədə son 24 saat ərzində daha 74 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Nyus.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 9 658 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 2 165 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 357 693 nəfərə çatıb.
Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 493 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 311 520 nəfər təşkil edir.
Nyus.Az