Braziliyada son sutka ərzində daha 31 553 nəfərin koronavirus infeksiyasına yoluxması, 734 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.
Nyus.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 5 000 694 nəfər yoluxub. Bu müddət ərzində 148 228 koronaviruslu xəstə dünyasını dəyişib.
Həmçinin bu günədək 4 391 424 xəstə müalicə olunaraq sağalıb.
Nyus.Az